
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun sosial media hesablarında məlumat dərc olunub.
“29 Oktyabr – Türkiyə Respublikasının əsasının qoyulmasının 103-cü ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.
Bu əlamətdar gündə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkü, eləcə də ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun!” – məlumatda deyilir.
29 Oktyabr – Türkiyə Respublikasının əsasının qoyulmasının 103-cü ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar gündə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkü, eləcə də ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik. Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun! 🇦🇿🇹🇷
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 29, 2026
Tətbiqimizi yükləyə bilərsiniz