
Ermənistan parlamentində hakim partiya və müxalifət deputatları arasında əvvəlcə qarşıdurma, daha sonra isə əlbəyaxa dava baş verib.
Yeniavaz.com ölkə mətbuatına istinadla xəbər verir ki, hadisə əvvəlcə hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Taron Çaxoyanla müxalif Narek Karapetyan arasında mübahisə kimi başlayıb.
Parlament sədrinin müavini Ruben Rubinyan isə hadisəyə belə reaksiya verib:
“Xüsusi fasilə elan etmirəm ki, hamı bunu görsün. İclas bu şəkildə davam edəcək, qoy hamı görsün”.
Daha sonra isə hakim partiya və müxalifət deputatları arasında qarşıdurma yaşanıb. Lakin qarşıdurma yumruq və təpiklərlə müşayiət olunan davaya çevrilib, deputatlardan biri yerə yıxılıb. Bundan sonra fasilə elan edilib.
Tətbiqimizi yükləyə bilərsiniz