
İran müharibəsi enerji böhranının qida böhranına çevrilməsi riskini artırır.
Yeniavaz.com xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, növbəti 12 ay ərzində bəzi ölkələrdə ərzaq qiymətlərinin kəskin artacağı, digərlərində isə azalacağı proqnozlaşdırılır.
Qeyd olunur ki, növbəti 12 ayda ərzaq qiymətlərinin ən çox İranda artacağı gözlənilir. Belə ki, İranda ərzaq qiymətlərinin 114,4 faiz yüksələcəyi proqnozlaşdırılır. Argentina 34 faizlə ikinci, Ruanda isə 29,1 faizlə üçüncü yerdə qərarlaşıb.
Ərzaq qiymətlərinin ən çox artacağı gözlənilən ölkələr aşağıdakılardır:
İran – 114,4%;
Argentina – 34%;
Ruanda – 29,1%;
Türkiyə – 24,2%;
Nigeriya – 23,5%;
Livan – 20,7%;
Monqolustan – 20,2%;
Liviya – 18,9%;
Qətər – 14%;
Madaqaskar – 13,5%;
Efiopiya – 12,1%;
Mali – 11,7%;
Malavi – 11,5%;
Keniya – 10,5%;
Qırğızıstan – 10,3%;
Yamayka – 10%;
Tunis – 9,6%;
Şri-Lanka – 9,6%;
Əfqanıstan – 9,5%.
Məlumata görə, İranda ərzaq inflyasiyası 2026-cı ilin fevralında artıq 98 faizə çatıb. Bu, regiondakı münaqişənin daha da şiddətlənməsindən əvvəl də ölkədə ərzaq qiymətlərinin ciddi təzyiq altında olduğunu göstərir.
Müharibənin təsirləri kənd təsərrüfatı xərclərində də hiss olunur. 2026-cı ildə gübrələrin orta qiymətlərinin 30 faizdən çox artacağı proqnozlaşdırılır. Yanacağın, gübrələrin və daşınma xidmətlərinin bahalaşması ərzaq istehsalının maya dəyərini yüksəldərək istehlak qiymətlərinə də təsir göstərə bilər.
Bəzi ölkələrdə isə ərzaq qiymətlərinin azalacağı gözlənilir.
FAO-nun məlumatları əsasında hazırlanan proqnoza görə, növbəti 12 ayda ərzaq qiymətlərinin ən çox azalacağı ölkələr bunlardır:
Vanuatu – 8%;
Kamerun – 7,3%;
İsveç – 5,7%;
Latviya – 5,3%;
Çexiya – 4,3%;
Macarıstan – 4%;
Niderland – 1,8%;
Danimarka – 1,7%;
Slovakiya – 1,6%;
Çin – 1,6%;
Litva – 1,3%;
Kosta Rika – 1,1%;
Sloveniya – 1%;
Mərakeş – 0,8%;
İsveçrə – 0,4%;
Ekvador – 0,3%;
Belçika – 0,3%;
Paraqvay – 0,2%;
Yunanıstan – 0,1%.
Avropada ərzaq qiymətlərinin azalması kənd təsərrüfatı məhsullarının ucuzlaşması ilə əlaqələndirilir. 2026-cı ilin ikinci rübündə Avropa İttifaqında fermerlərin aldığı qiymətlər illik müqayisədə 5,8 faiz azalıb. Südün qiyməti 16,6 faiz, dənli bitkilərin qiyməti isə 5,6 faiz aşağı düşüb.
Bununla yanaşı, həmin dövrdə kənd təsərrüfatında enerji xərcləri 22 faiz, gübrə qiymətləri isə 13,4 faiz artıb. Bu isə istehsal xərclərinin azalmaq əvəzinə yüksəlməsinin fermerlərə və son nəticədə istehlakçılara təsir göstərə biləcəyini göstərir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz