
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Liderlər Türkiyə-ABŞ ikitərəfli əlaqələri ilə yanaşı, regional və qlobal prosesləri müzakirə ediblər.
Ərdoğan gələn il 100 illiyini qeyd edəcək Türkiyə ilə ABŞ arasında əlaqələrin inkişaf etdirilməsi və bütün sahələrdə əməkdaşlığın sürətləndirilməsi üçün səylərini davam etdirəcəklərini bildirib.
Telefon danışığında həmçinin Məkkə sazişi çərçivəsində Hörmüz boğazı və Yəməndəki proseslərin yaxından izləndiyi, problemin diplomatiya zəminində həll edilməsi üçün səylərin göstərildiyi ifadə edilib.
Digər tərəfdən, Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında diplomatik prosesi canlandırmaq və müharibəni bu yolla başa çatdırmaq üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz