
“Codi” ləqəbli Nanotiranın skeleti Nyu-Yorkda keçirilən “Sotheby's” hərrac edində 47,3 milyon dollara satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Hərrac evinin hesablamalarına görə, təxminən 67 milyon yaşı olan skeletin qiymətinin 6 ilə 9 milyon dollar arasında olacağı gözlənilsə də, satış qiyməti 10 dəfədən çox olub.
12 dəqiqəlik hərracda altı potensial alıcı iştirak edib.
“Sotheby's” skeletin yeni sahibinin anonim qalmağı üstün tutduğunu bildirib.
Satışdan sonra “Codi”nin skeleti tarixdə ikinci ən bahalı dinozavr fosili olub. Belə ki, 15 iyulda Nyu-Yorkda “Qus” ləqəbli Tirannozavr Reks fosili 50,1 milyon dollara satılıb.
Tətbiqimizi yükləyə bilərsiniz