İspaniyada dəmir yolu qəzası – Üç günlük matəm elan edildi


İspaniyanın Toledo əyalətində iki sürət qatarı toqquşub.
Yeniavaz.com
xəbər verir ki,  bu barədə “The Guardian” qəzeti Kastiliya-La-Mança hökumətinin rəhbəri Emiliano Qarsiya-Paxeyə istinadla bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində ən azı 68 nəfər ölüb.
Hökumət rəhbəri həmçinin, 15-ə yaxın şəxsin ağır, 53 nəfərin isə orta ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyini bildirib.
Qatarlardan biri "Renfe", digəri isə "Iryo" şirkətinə məxsus olub.
İlkin araşdırma insan faktoruna işarə edir. Belə ki, dispetçer mərkəzindəki operator, ola bilsin ki, “Renfe” qatarının maşinistinə hərəkəti davam etdirməyə icazə verib, baxmayaraq ki, qırmızı siqnal yandığı üçün “Iryo” qatarı yolu bağlayıb. Nəticədə bu, hərəkətsiz qalan “Iryo” qatarı ilə toqquşmaya səbəb olub.
Digər tərfdən, İspaniyada onlarla insanın ölümünə səbəb olan dəmir yolu qəzası ilə əlaqədar oktyabrın 29-dan 31-dək ümummilli matəm elan edilib.
“The Guardian” qəzeti xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes bildirib.

DİGƏR XƏBƏRLƏR

Top