
ABŞ-də “Amazon”un 31 yaşlı əməkdaşı Bouen Van vəfat edib.
Yeniavaz.com “The New York Times” (NYT) qəzetinə istinadla xəbər verir ki, o, epilepsiya müalicəsini tənzimləmək üçün ChatGPT-dən istifadə edib.
Qadın müntəzəm olaraq qıcolma əleyhinə dərmanlar qəbul edib.
Ailəsinin sözlərinə görə, Bouen ChatGPT-dən məsləhət alıb və epilepsiya müalicəsi üçün süni intellektin (Sİ) tövsiyələrinə etibar edib.
ChatGPT Bouen üçün dərman qəbulunu fərdilə şəkildə azaltmaq üçün xüsusi cədvəl tərtib edib və ona bu dəyişikliklərlə bağlı həkimlərə məlumat verməməyi məsləhət görüb.
Söhbət zamanı qadın dəfələrlə çatbota səhhətinin pisləşməsindən şikayətlənib. Süni intellektlə söhbətdə səhhətinin pisləşməsi ilə bağlı narahatlıqla bağlı ümumilikdə 158 mesaj qeydə alınıb. Buna cavab olaraq sistem onu hər şeyin yaxşı getdiyinə əmin etməyə davam edib. Bir müddət sonra Bouen Van növbəti dəfə epileptik tutma keçirib və nəticədə ölüb.
Qadının ailəsi hesab edir ki, OpenAI hadisəyə görə məsuliyyət daşıyır, çünki onun məhsulu həkimə müraciət etmək zərurəti barədə lazımi xəbərdarlıqlar etmədən tibbi məsləhətlər verib.
Tətbiqimizi yükləyə bilərsiniz