“Yeni Konstitusiyanın mətni tezliklə dərc olunacaq” – Paşinyan


Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın mətninin tezliklə dərc olunacağını və vətəndaşların və parlamentin iştirakı ilə ictimai müzakirələrin başlayacağını bildirib.
Yeniavaz.com
“Armenpress” agentliyinə istinadla xəbər verir ki, o, bu barədə parlamentdə hökumət saatı zamanı deputat Qarnik Davtyanın sualını cavablandırarkən qeyd edib.
Baş nazir xatırladıb ki, yeni Konstitusiyanın qəbul edilməsi məsələsi onların seçki proqramına daxil edilib və hazırda hökumətin proqramının tərkib hissəsidir.
“Yeni Konstitusiyanın mətni tezliklə dərc olunacaq və biz Ermənistan Respublikasının xalqı, o cümlədən parlamentlə müzakirələrə başlayacağıq. Əlbəttə ki, növbəti bir neçə ay ərzində əvvəlcə ictimai müzakirə olacaq, sonra isə qalan proseslər müəyyən edilmiş qaydada davam edəcək”, - deyə Paşinyan bildirib.
Paşinyan həmçinin bildirib ki, Konstitusiya ilə bağlı bəzi açıqlamalar daxili siyasi təsirə malik ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top