Gürcüstanla vizanın ləğvi Abxaziya və Cənubi Osetiyaya də şamil ediləcəkmi?

Avropa İttifaqı (Aİ) və Gürcüstan arasında vizaların ləğvi rəsmi Tbilisinin öz ərazisi hesab etdiyi Abxaziya və Cənubi Osetiya sakinlərinə də şamil ediləcək. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın xarici işlər naziri Mixail Canelidze deyib. Onun sözlərinə görə, Gürcüstanın avrointeqrasiya yolunda hərəkatı ölkə xalqı və dövlət institutlarının güclü dəstəyi olmadan baş tutmazdı. Xatırladaq ki, fevralın 2-də Avropa Parlamentinin 553 deputatı Gürcüstanla vizanın ləğvinin lehinə səs verib, 66 deputat əleyhinə olub, 26 deputat bitərəf qalıb. Biometrik pasportu olan Gürcüstan vətəndaşları 6 aydan bir Aİ ölkələrinin ərazisinə giriş edə və 90 gün ərzində orada qala bilərlər. Niderland və Britaniya parlamentariləri Gürcüstanla vizasız rejimin əleyhinə səs veriblər və bunu onunla əsaslandırıblar ki, vizaların ləğvi cinayətlarlığın artmasına gətirib çıxara bilər.

DİGƏR XƏBƏRLƏR

Top