
Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında növbəti oyununu keçirib.
Yeniavaz.com xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunda 81-96-cı yerlər uğrunda görüşdə Cəbəllütariq millisi ilə üz-üzə gəlib.
Görüş komandamızın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz günün ilk matçında Çili seçməsinə uduzub – 1:3.
Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək 6 final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.
Xatırladaq ki, dünya çempionatında dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir. Çempionat çərçivəsində 1000-ə yaxın oyun nəzərdə tutulur.
Tətbiqimizi yükləyə bilərsiniz