Otellərdə otaqların 77 faizi boş qalıb


Bu ilin yanvar-sentyabr aylarında mehmanxana (otel) və mehmanxana tipli obyektlərdə keçirilən gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq 3 milyon 239,3 min olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, gecələmələrin ümumi sayının 55,9 faizi Bakıda, 5,2 faizi Qusarda, 5,1 faizi Naftalanda, 4,7 faizi Xaçmazda, 3,9 faizi Qəbələdə, 3,4 faizi Qubada, 3 faizi Lənkəranda, 1,8 faizi Gəncədə, 1,6 faizi Şuşada, 1,5 faizi Şamaxıda, hər birində 1,2 faiz olmaqla Naxçıvan Muxtar Respublikası və Masallıda, hər birində 1,1 faiz olmaqla Şabran və Qaxda, 9,3 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Yanvar-sentyabr aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin otellərdə keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalaraq 1 milyon 845,6 min olub ki, bu da ümumi gecələmələrin 57 faizini təşkil edib. Gecələmələrin ümumi sayının 12,1 faizi Türkiyə, 11,3 faizi Rusiya, 9,2 faizi İsrail, 6 faizi Səudiyyə Ərəbistanı, 5,8 faizi Hindistan, 5,4 faizi Çin, hər biri 4,2 faiz olmaqla Pakistan və Özbəkistan, 4,1 faizi Qazaxıstan, 2,5 faizi Böyük Britaniya, hər biri 2,3 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və  ABŞ, 1,6 faizi Almaniya, 1,3 faizi Küveyt, 1,1 faizi İtaliya, 1 faizi Gürcüstan, hər biri 0,7 faiz olmaqla Koreya, İran və Ukrayna, 23,5 faizi isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,4 faizi Bakıda, 5,4 faizi Naftalanda, 5,1 faizi Qusarda, 2,8 faizi Qəbələdə, 1,3 faizi Qubada, 4 faizi isə digər şəhər və rayonlardakı otellərdə qeydə alınıb.
Bu ilin yanvar-sentyabr aylarında otellərin gəlirləri ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,6 faiz artaraq 497,3 milyon manat olub ki, onun da 63,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,9 faizi ictimai iaşə xidmətlərindən, 2,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Bu ilin yanvar-sentyabr aylarında otellərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 23 faiz olub (2025-ci ilin yanvar-sentyabr aylarında 25 faiz). Bu göstərici Naftalanda 46,2 faiz, Neftçalada 42,8 faiz, Şabranda 40,7 faiz, Bakıda 33,2 faiz, Sabirabadda 29,6 faiz, Laçında 28,6 faiz, Qusarda 27,8 faiz, Lənkəranda 22,3 faiz, Qəbələdə 21,8 faiz, Xankəndidə 20,9 faiz, Şamaxıda 20,5 faiz, Beyləqanda 19,1 faiz, Bərdədə 18,7 faiz, Qubada 16,9 faiz, digər şəhər və rayonlarda isə 16,9 faizdən aşağı olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top