“Çelsi” tarixininin ən yaxşı bombardiri karyerasını başa vurdu

“Çelsi” klubunun və İngiltərə yığmasının keçmiş yarımmüdafiəçisi Frenk Lempard 38 yaşında oyunçu karyerasını başa vurduğunu rəsmi elan edib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, F. Lempard 3 dəfə İngiltərə çempionu olub, 4 dəfə ölkə kubokunu və 1 dəfə Çempionlar Liqasını qazanıb. O, İngiltərə yığmasında 106 oyun keçirib və 29 qol vurub. F. Lempard “Çelsi”nin bütün dövrlərinin ən yaxşı bombardiridir. Onun hesabında 648 matçda 211 qol var. F. Lempard qeyd edib ki, 21 heyrətamiz ildən sonra peşəkar karyeranı başa vurmağın əsl vaxtıdır: “İngiltərə və xaricdə karyeramı davam etdirmək üçün bir neçə təklif alsam da, hiss edirəm ki, həyatımda yeni səhifə açmağın vaxtı çatıb”. F. Lempard karyerasına “Vest Hem Yunayted”də başlayıb. 2001-ci ildə “Çelsi”yə keçərək orada 13 il top qovub. 2014-2015-ci illərdə “Mançester Siti”nin heyətində çıxış edib, sonuncu klubu isə “Nyu-York Siti” olub.

DİGƏR XƏBƏRLƏR

Top