Çinlilər futbola sahib çıxırlar...

İndi futbol çinli iş adamlarının daha çox diqqət mərkəzindədir. Onlar dünyanın tanınmış futbolçularına yüksək əmək haqqı təklif etməklə Çinə dəvət etməkdədirlər. Artıq dünyanın bir çox tanınmış futbolçuları Halk, Vitsel, Karlos Teves, Oskar və başqaları Çinin müxtəlif komandalarında fəaliyyətə başlayıblar. Onu da qeyd edək ki, onlar bu gedişləri ilə klublarına da xeyli vəsait qazandırıblar. Məsələn, Braziliya millisindəki yerini riskə atan "Çelsi"nin sabiq futbolçusu Oskar keçmiş komandasına 70 milyon avro qazandırıb. Onlar həmçinin özlərinin gələcək günləri üçün də narahat deyillər. Məsələn, karyerasının son illərini yaşayan Karlos Tevez Çindən gələn təklifə müsbət cavab verməklə ildə 38 milyon və yaxud ayda 3,2 milyon, həftədə 735 min, gündə 105 min, saatda 4400, dəqiqədə 73 və saniyədə 1,2 avro qazanır.

Bəli, çinlilər yalnız Avropa və dünyanın tanınmış oyunçularını almaqla kifayətlənmirlər, onlar futbol klublarına da əl qoymaqdadırlar.

Dünyanın bəzi kütləvi informasiya vasitələrinin verdikləri məlumatlara görə, indi, demək olar ki, İtaliyanın Milanında futbol Çinə məxsusdur. Belə ki, ötən yay pərakəndə satışla məşğul olan Çin nəhəngi Suning Holdings Group "İnter"in səhmlərinin 68,5% -ni alıb. Şirkət elan edib ki, o, "İnter"i daha güclü və daha beynəlmiləl komanda etmək istəyir. Elə "Milan" da demək olar ki, onların nəzarəti altındadır. Belə ki, hələ avqust ayında elan edilib ki, çinlilər (Sino Europe Sports Group) klubun səhmlərinin 99% -ni alacaqlar. O vaxtdan müəyyən səbəblərdən bu tarixi sövdələşmə baş tutmayıb. Məlumata görə "Milan"ın satış tarixi - 2017-ci il martın 3-nə təyin olunub.

İngiltərənin "Vest Bromviç" klubu da çinlilərə aiddir. Bu klub sentyabr ayında Quocan Launun rəhbərlik etdiyi investorlar qrupu tərəfindən alınıb. "Sauthemton" da ikinci Çin komandası ola bilər. Onun nəzarət paketini Çində stadion tikintisi ilə məşğul olan Lander Sports Development kompaniyası istəyir. Son məlumata görə, klubun sahibi onlardan 180 milyon funt deyil, 270 milyon funt tələb edir.

Digər biznesmen - Toni Sya 76 milyon funta "Aston Villan"ı alıb. Ötən yay Fosun İnternational kompaniyası "Vulverhempton"u 45 milyon funta əlinə keçirib. Çinlilər yaxın iki ildə kluba 30 milyon funt investisiya qoyacaqlar.

Payızda Trillion Trophy Asia kompaniyası "Birminqem"in nəzarət paketini alıb. Klubun əvvəlki sahibi honkonq biznesmeni Karsın En olub ki, o hazırda həbsxanadadır. "Mançester Siti"in də səhmlərinin müəyyən faizi onların əlindədir. Ötən qış "Atletiko"nun səhmlərinin 20%-i Vanda Grop tərəfindən alınıb. Onun sahibi Van Tsyanlin Çinin varlı adamlarındandır (varidatı 33 milyar dollar). O, dünyanın ən yaxşı oyunçusu üçün pul xərcləməyi planlaşdırmır, onu yeni rabitə imkanları və çinli futbolçuları "Atletiko"nun futbol akademiyasına gətirmək maraqlandırır. Ümumilikdə onun idmanla bağlı çox böyük planları var. O həmçinin yeni turnirlər (yeni Ö, Çempionlar Liqasının qədər) təşkil etmək istəyir. Bu milyarderin fikrincə, Çində idman sənayesinin inkişafı üçün böyük imkanlar var.

İspaniyaya gəldikdə isə, məlumata görə, "Espanyol"un da səhmləri Rastar Group tərəfindən alınıb. "Qranada"nın nəzarət paketi də çinli Tzyanyu Lijanquya aiddir. Bu qış "Mançester Yunayted"in futbolçusu Memfis Depayın "Lion"a keçidi rəsmiləşdi. Fransa klubu hollandiyalı yarımmüdafiəçi ilə müqavilə imzaladı. "Lion" bu transfer üçün qarşı tərəfə 16.5 milyon avro ödədi. Necə oldu ki "Lion" Memfis Depayı ala bildi? Buna klubun səhmlərinin 20 faizini alan IDG Capital Partners yardım etdi. Ötən ilin yayından "Nitsa" klubu da Çin-Amerika investrolar qrupuna aiddir. Bundan başqa PSJ-dən alınmış "Soşo" komandası və "Osera" onlarındır. 2015-ci ildə Çin biznesmeni Van Xuey Hollandiyanın "Den Haaqa"nı 6 milyon avroya alıb. İnvestor deyib ki, onu tanınmış bir komandaya çevirəcək.

Praqanın "Slaviya"sının səhmləri 60 faizi çinlilərin əlindədir. Ukraynanın "Sumı" komandası da Smart-Mentorsun nəzarətindədir. Çinlilər mövsümün sonunadək bu klubu idarə edəcəklər. Bundan sonra isə onu tam alıb-almalarını müzakirə edəcəklər.

Yeri gəlmişkən onu da deyək ki, çinliər basketbol, xokkey komandalarını ələ keçirməkdədirlər.

Qvami

P.S. Yazı Rusiya mətbuatının materialları əsasında hazırlanıb.

DİGƏR XƏBƏRLƏR

Top