
Ermənistan parlamenti bu ölkə ilə ABŞ arasında Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişini ratifikasiya etdi.
Yeniavaz.com xəbər verir ki, layihəni parlamentin müzakirəsinə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan təqdim edib.
Müzakirələrdən sonra Çərçivə Sazişini 63 parlament üzvü dəstəkləyib, 32-si isə əleyhinə səs verib.
Tətbiqimizi yükləyə bilərsiniz