“DeepSeek”in qurucusu Çinin ən varlı şəxsləri siyahısına düşüb


“DeepSeek” texnologiya şirkətinin qurucusu Lyan Venfen ilk dəfə Çinin ən varlı şəxslərinin “Hurun” reytinqinə daxil edilib.
Yeniavaz.com
xəbər verir ki, “Forbes”in Çin analoqu hesab edilən reytinq agentliyinin oktyabrın 27-də açıqladığı məlumata görə, onun sərvəti 280 milyard yuan (təxminən 42 milyard dollar) qiymətləndirilib.
Siyahıya “ByteDance” şirkətinin qurucusu Çjan İmin başçılıq edir. Onun sərvəti 670 milyard yuan (100 milyard dollar) təşkil edir. İkinci yerdə qablaşdırılmış su istehsalçısı “Nongfu Spring” şirkətinin sahibi Çjun Şanşan 410 milyard yuan (61 milyard dollar) sərvətlə qərarlaşıb.
Üçüncü yeri batareya istehsalçısı “CATL” şirkətinin qurucusu Tszen Yutsyun 385 milyard yuan (58 milyard dollar) sərvətlə tutub. “Tencent” şirkətinin qurucusu Ma Huateng 346 milyard yuan (52 milyard dollar) sərvətlə dördüncü olub.
Sonrakı yerlərdə məişət texnikası istehsalçısı “Midea” şirkətinin qurucusu He Syanzyanın ailəsi 310 milyard yuan (46 milyard dollar), “Hengli” konqlomeratının qurucuları Çen Tszyanhua və Fan Hunvey isə 302 milyard yuan (45 milyard dollar) sərvətlə qərarlaşıblar.
“DeepSeek”in qurucusu Lyan Venfen 275 milyard yuan (41 milyard dollar) sərvəti olan “NetEase” internet şirkətinin qurucusu Din Leidən də irəlidədir. Din Lei siyahıda səkkizinci yeri tutub.

DİGƏR XƏBƏRLƏR

Top