Ölən şagirdin intihar etdiyi iddia olunur – Yenilənib


225 nömrəli tam orta məktəbdə dünyasını dəyişən şagirdin intihar etdiyi bildirilir.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə məktəbin 4-cü mərtəbəsində 3-cü dərs zamanı baş verib.
Məlumata görə, həmin vaxt G.D.-nin sinif yoldaşları fiziki tərbiyə dərsində olublar, o isə dərsə qatılmayıb.
Bildirilir ki, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub.
Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasının 2024-cü ildə ölümündən sonra psixoloji pozuntu yaşayıb və uzun müddət müalicə alıb. Onun atası da psixoloji pozuntusu ilə əlaqədar 2-ci qrup əlildir.
O da bəlli olub ki, G.D. xalasının himayəsində yaşayıb.

***11:30
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdi olan qızın bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb.
Məlumata görə, şagirdin dünyasını dəyişməsinə səbəb məktəbin pəncərəsindən yıxılması olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Qafqazinfo”ya bildirilib ki, 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb:
“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird dünyasını dəyişib.
Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”.
TƏBİB-dən isə bildirilib ki, bu gün saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən naməlum 1 azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top