
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yeni svetoforlar quraşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yaxınlıqda ictimai iaşə obyektlərindən və Heydər Əliyev parkından istifadə edənlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə kəsişmədə “L” və “A” tipli ümumilikdə 6 nəqliyyat və piyada bölməli svetoforlar istifadəyə verilib.
Tətbiqimizi yükləyə bilərsiniz