
Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun bölük komandirlərindən müntəzəm və intensiv hərbi təlimlər keçirməklə bölmələrin tam döyüş hazırlığını təmin etməyi tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Kim Çen In bildirib ki, bölük komandirlərinin əsas vəzifəsi hərbi hissələrin müharibəyə tam hazır vəziyyətə gətirilməsidir və bunun üçün davamlı və intensiv hərbi təlimlər keçirilməlidir.
“Şimali Koreya lideri komandirlərin yüksək döyüş qabiliyyətinə, möhkəm ideoloji əqidəyə və vətənpərvərlik ruhuna malik bölmələr formalaşdırmalı olduğunu vurğulayıb. O, ordunun gücünün yalnız müasir silahlardan deyil, həm də şəxsi heyətin hazırlığından və ayrı-ayrı bölmələrin döyüş imkanlarından asılı olduğunu qeyd edib.
Koreya Xalq Ordusunun bölük komandirlərinin üçüncü toplantısı oktyabrın 27-də keçirilib. Görüşdə Şimali Koreyanın müdafiə naziri Kim Son Gi, ordunun Baş Qərargah rəisi Li Yon Gil, Baş Siyasi İdarə rəisinin birinci müavini Yu Kvan Un, həmçinin qoşun növlərinin və iri hərbi birləşmələrin komandirləri iştirak ediblər”, - Agentliyin məlumatında deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz