Hansı ölkədə ailələr ərzağa daha çox pul xərcləyirlər? – Siyahı


Azərbaycanda istehlakçıların ümumi xərclərinin 37,6 faizi evdə istehlak üçün alınan ərzaq məhsullarına sərf olunur.
Yeniavaz.com
xəbər verir ki, bu göstərici ABŞ Kənd Təsərrüfatı Nazirliyinin İqtisadi Tədqiqatlar Xidmətinin 2025-ci il məlumatları əsasında hazırlanmış ölkələrarası müqayisədə əksini tapıb.
Məlumatlara görə, Azərbaycan ərzağa ayrılan xərclərin payına görə 103 ölkə arasında 17-ci yerdə qərarlaşıb.
Siyahıda ilk yeri Nigeriya tutur. Bu ölkədə istehlakçıların xərclərinin 56,2 faizi ərzaq məhsullarının alınmasına yönəlir. Myanmada bu göstərici 54,8 faiz, Laosda 53,9 faiz, Keniyada isə 48,7 faiz təşkil edir.
Türkmənistanda istehlakçı xərclərinin 46,3 faizi, Tanzaniyada 45,8 faizi, Özbəkistanda isə 44,8 faizi ərzağa sərf olunur.
Azərbaycanın qonşuları arasında Gürcüstanda göstərici 31 faiz, İranda 27,6 faiz, Rusiyada 25,7 faiz, Türkiyədə isə 21,6 faizdir.
Ərzağa ən az pay ayıran ölkələr sırasında Sinqapur 6,3 faizlə sonuncu, ABŞ isə 6,4 faizlə sondan ikinci yerdədir. İsveçrədə və Honkonqda bu göstərici 8,5 faiz, Kanadada 9,5 faiz, Avstraliyada isə 9,8 faizdir.
Qeyd edək ki, araşdırmada yalnız evdə istehlak üçün alınan ərzaq məhsullarına çəkilən xərclər nəzərə alınıb. Restoran xərcləri, spirtli içkilər və tütün məhsulları hesablamaya daxil edilməyib.
Araşdırmada qeyd olunur ki, iqtisadi baxımdan ərzağa ayrılan xərclərin ümumi büdcədəki payı ölkələrin gəlir səviyyəsi ilə əlaqəli ola bilər. Gəlirlər artdıqca ailələrin ümumi xərclərində ərzağın payı adətən azalır. Bu, həmçinin ailələrin gəlirlərinin daha böyük hissəsini qidaya ayırmaq məcburiyyətində qaldığını göstərə bilər.
Ölkələr üzrə ərzağa ayrılan xərclərin payı aşağıdakı kimi olub:
Nigeriya – 56,2%
Myanma – 54,8%
Laos – 53,9%
Keniya – 48,7%
Türkmənistan – 46,3%
Tanzaniya – 45,8%
Özbəkistan – 44,8%
Kot-d’İvuar – 42,8%
Kamerun – 42,8%
Qazaxıstan – 41,7%
Ukrayna – 41,6%
Əlcəzair – 41,5%
Qvatemala – 40,6%
Efiopiya – 39,2%
Qana – 38,7%
Anqola – 38,2%
Azərbaycan – 37,6%
Filippinlər – 35,8%
Uqanda – 34,9%
Mərakeş – 34,4%
İraq – 34,3%
Kamboca – 34,0%
İndoneziya – 33,1%
Misir – 33,0%
Pakistan – 32,8%
Bosniya və Herseqovina – 31,9%
Gürcüstan – 31,0%
Belarus – 30,6%
Honduras – 30,3%
Şimali Makedoniya – 29,8%
Banqladeş – 29,6%
Şri-Lanka – 29,4%
Hindistan – 28,1%
Boliviya – 28,1%
Paraqvay – 27,7%
İran – 27,6%
Argentina – 26,7%
Vyetnam – 26,4%
El Salvador – 26,1%
Rusiya – 25,7%
Malayziya – 25,5%
Meksika – 25,4%
İordaniya – 24,5%
Tayland – 24,1%
Rumıniya – 23,9%
Ekvador – 23,4%
Serbiya – 23,3%
Peru – 23,1%
Xorvatiya – 22,9%
Tunis – 22,9%
Bolqarıstan – 22,3%
Kolumbiya – 22,0%
Türkiyə – 21,6%
Oman – 21,4%
Kosta Rika – 21,4%
Çili – 21,0%
Səudiyyə Ərəbistanı – 20,9%
Dominikan Respublikası – 20,7%
Estoniya – 20,4%
Livan – 20,1%
Latviya – 19,3%
Slovakiya – 19,0%
Venesuela – 18,9%
Uruqvay – 18,8%
Litva – 18,8%
Çin – 18,1%
Portuqaliya – 18,0%
Küveyt – 17,8%
Polşa – 17,8%
Panama – 17,5%
Macarıstan – 17,1%
Cənubi Afrika – 16,7%
Yaponiya – 16,3%
İsrail – 15,6%
İtaliya – 14,9%
Yunanıstan – 14,9%
Çexiya – 14,8%
Sloveniya – 14,2%
Qətər – 14,1%
İsveç – 13,7%
Bəhreyn – 13,5%
Fransa – 13,3%
Tayvan – 12,9%
Finlandiya – 12,9%
İspaniya – 12,8%
Cənubi Koreya – 12,8%
Yeni Zelandiya – 12,6%
Belçika – 12,5%
Norveç – 11,9%
Danimarka – 11,7%
Braziliya – 11,7%
Niderland – 11,6%
Almaniya – 11,5%
Birləşmiş Ərəb Əmirlikləri – 10,8%
Avstriya – 9,9%
Avstraliya – 9,8%
Kanada – 9,5%
Honkonq – 8,5%
İsveçrə – 8,5%
Birləşmiş Krallıq – 8,3%
İrlandiya – 8,3%
ABŞ – 6,4%
Sinqapur – 6,3%


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top