Rusiya prezidenti Vladimir Putin imzaladığı fərman ilə Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və İsintaq Komitəsinin 16 generalını vəzifəsindən azad edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, azad edilən 16 generalın ikisi əlavə olaraq hərbi xidmətdən təxris edilib. Kadr dəyişikliklərinin səbəbi barədə məlumat verilmir. Bundan başqa, V. Putin fövqəladə hallar nazirinə iki müavin təyin edib, Oleq Kamşilovu Krımın, Boris Markovu isə Leninqrad bölgəsinin prokuroru vəzifəsinə təsdiq edib.