“Bayden Ukraynaya 350 milyard dollarlıq silah verib, əvəzində heç nə almayıb”


ABŞ Prezidenti Donald Tramp bildirib ki, sələfi Co Baydenin administrasiyası dövründə Vaşinqton Ukraynaya 350 milyard dollar dəyərində silah verib, lakin bunun müqabilində heç bir kompensasiya almayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə oktyabrın 27-də Texasda Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Biz silahlı qüvvələrimizi yenidən qurduq. Sonra Bayden bizim yaratdıqlarımızın böyük hissəsini verdi. Əvəzində heç olmasa nəsə tələb etmək olardı. Axı söhbət Avropadan gedir. Onlar ödəmək imkanına malikdirlər”, – Tramp bildirib.
ABŞ prezidenti Baydenin böyük həcmdə silahı Ukraynaya təmənnasız verdiyini iddia edib. Onun sözlərinə görə, ABŞ bunun əvəzində heç nə əldə etməyib. Tramp əlavə edib ki, Vaşinqton yalnız amerikalıların sadəlövh hesab edildiyi düşüncəsi ilə üzləşib.
Trampın fikrincə, Ukraynaya göndərilən silahların pulunu Avropa ölkələri özləri ödəyə bilərdilər. O, həmçinin hazırkı ABŞ administrasiyasının silah tədarükünə görə müttəfiqlərindən ödəniş aldığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top