
Paris 10 Avropa ölkəsi ilə öz ərazilərində nüvə silahlı “Rafale” qırıcı təyyarələrinin yerləşdirilməsi planını müzakirə edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat verib.
Məlumata görə, müttəfiqlərlə ikitərəfli danışıqlar Fransa Prezidenti Emmanuel Makronun nüvə planı çərçivəsində aparılır.
Bu plana əsasən, Paris təkcə Avropa ölkələrində” Rafale” qırıcı təyyarələrini yerləşdirməklə kifayətlənmir, həm də lazımi infrastruktur yaratmaq, rabitə avadanlıqlarını, radioloksiya sistemlərini təmin etmək və müttəfiqlərlə kəşfiyyat məlumatlarını mübadilə etmək niyyətindədir.
“The Wall Street Journal” qəzeti xəbər verir ki, indiyə qədər 10 ölkə Fransanın bu planına maraq göstərib. Belçika, Böyük Britaniya, Yunanıstan, Danimarka, Niderland, Norveç, Polşa, Finlandiya, Almaniya və İsveç bu ölkələr arasındadır.
Qəzet əlavə edib ki, Latviya, Litva və Estoniya bu siyahıda yoxdur. İtaliya isə Fransanın “nüvə klubuna” qoşulmaqdan imtina edib.
Qeyd edək ki, 2026-cı ilin mart ayında Makron nüvə silahlarından çəkindirmə sahəsində Avropa tərəfdaşları ilə əməkdaşlığın genişləndirildiyini elan edib. O, əməkdaşlığın ilkin mərhələlərinin, xüsusən də, Böyük Britaniya və Almaniya ilə birgə təlimləri və strateji obyektlərə səfərləri əhatə edə biləcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz