
Türkiyənin “Fənərbağça” klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 65 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Fənərbağça” rəhbərliyi növbəti “Göztepe” matçında komandanı Dirk Kuyta həvalə etməyi planlaşdırır.
Klubun baş məşqçi postuna əsas namizədin isə Vinçenzo Montella olduğu bildirilir.
Qeyd edək ki, İsmayıl Kartal “Fənərbağça”ya 2014-2015, 2021-2022, 2023-2024 və 2026-2027 mövsümlərində baş məşqçilik edib. O, sonuncu dəfə bu ilin iyun ayında “Fənərbağça”nın baş məşqçisi təyin olunub.
Xatırladaq ki, hazırda İstanbul təmsilçisi Türkiyə Superliqasında 16 xalla beşinci yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz