“Azərbaycan və Türkiyə arasındakı qardaşlıq köklü və dərindir” – Dövət Bağçalı


“Azərbaycan və Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin çərçivəsinə sığmayacaq qədər köklü, siyasi və diplomatik məsələlərin fövqündə tarixi mahiyyət daşıyacaq qədər dərindir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə MHP lideri Dövlət Bağçalı Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı münasibətilə dərc etdiyi yazılı açıqlamasında bildirib.
“Xüsusilə bu məqamı ifadə etmək istəyirəm: Türk dünyasını təşkil edən qardaş dövlətlərimiz arasındakı qardaşlıq əlaqələrinə dəyən ziyan təkcə iki dövlət arasındakı münasibətlərlə bağlı bir məsələ kimi qəbul edilə bilməz. Bu əlaqələr tariximizin, qarşılıqlı etimadımızın və gələcəyə olan ümidimizin ayrılmaz hissəsidir”, - o qeyd edib.
MHP lideri Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinə də diqqət yetirib.
“Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin çərçivəsinə sığmayacaq qədər köklü, siyasi və diplomatik məsələlərin fövqündə tarixi mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız hər iki xalqın iradəsi ilə möhkəmləndirilmiş, ortaq mübarizələrlə gücləndirilmiş və nəsillər boyu qorunub saxlanmışdır”, - Bağçalı bildiriıb.
O, eyni həssaslıq türk dünyasının bütün qardaş dövlətlərinə də aid olduğunu ifadə edib.  
“Eyni həssaslıq türk dünyasının bütün qardaş dövlətlərinə də aiddir. Heç bir fikir ayrılığının şişirdilməsinə, heç bir münaqişənin daimi ayrılığa çevrilməsinə və aramızda nifaq toxumu səpilməsinə yol verilməməlidir. Qardaşlıq bağları qarşılıqlı hörmət və ortaq gələcəyə inamla qorunur”, - MHP lideri əlavə edib
Bağşalı ürk dünyasının bu gün gəlib çatdığı mərhələyə də diqqət yetirib.
“Türk dünyasının bu gün gəlib çatdığı mərhələ öz-özünə əldə edilmiş bir nailiyyət deyildir. Əsrlərin sınağından keçmiş, çoxsaylı çətinlikləri aşmış, böyük mübarizələr və sarsılmaz iradə sayəsində bugünkü tarixi zəmininə qovuşmuşdur. Türk dünyasının gələcəyi bizim ortaq məsuliyyətimizdir. Qardaşlığımızı qorumaq, müstəqil dövlətlərimizin suverenliyinə hörmət etmək və tarixi səyahətimizi gələcək nəsillər üçün davam etdirmək bizim borcumuzdur”, - MHP lideri bildirib.

DİGƏR XƏBƏRLƏR

Top