
Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb
Məlumata görə, görüş Kremldə baş tutub.
Görüş zamanı Putin Rusiya ilə İran arasında ticarət dövriyyəsinin artdığını, Buşehr Atom Elektrik Stansiyasının tikintisinin davam etdiyini bildirib.
Onun sözlərinə görə, Rusiya İranda həyata keçirilən layihələr üzrə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir.
Rusiya Prezidenti Yaxın Şərqdəki vəziyyətin narahatlıq doğurduğunu, ancaq Rusiyanın vəziyyətin müsbət istiqamətdə inkişaf edəcəyinə ümid etdiyini qeyd edib.
Pezeşkian isə Moskvanın İrana göstərdiyi dəstəyə görə Rusiyaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Məsud Pezeşkian Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək üçün Moskvaya səfər edib.
Tətbiqimizi yükləyə bilərsiniz