Husilər Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin binasını vurdu


Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı (husilər) Ər-Riyadda Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin binasına ballistik raket hücumu həyata keçiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə üsyançıların rəsmi nümayəndəsi Yəhya Saria bildirib.
“Yəmən silahlı qüvvələri (husilər öz qüvvələrini belə adlandırırlar – red.) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Müdafiə Nazirliyinə ballistik raketlə hücum edib”, - deyə o, rəsmi “Telegram” kanalında dərc etdiyi bəyanatda bildirib.
Sarianın sözlərinə görə, üsyançılar hədəfi vurublar.

DİGƏR XƏBƏRLƏR

Top