
Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankda 27 min 775 nəfər işçi çalışıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, sentyabr ayında bank işçilərinin sayı 2 nəfər artıb.
Belə ki, bu ilin 1 sentyabr tarixinə olan məlumata görə, bank işçilərinin sayı 27 min 773 nəfər olub.
Qeyd edək ki, bu ilin sentyabr ayı ərzində ölkədə bank filiallarının sayı 508-dən 507-ə düşüb, bank şöbələrinin sayı isə dəyişməz qalaraq 80 olub.
Onu da bildirək ki, banklara məxsus ATM-lərin sayı isə son bir ayda azalaraq 507-dən 3 500-ə enib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz