Manatın real effektiv məzənnəsi açıqlandı


Azərbaycan manatının xarici valyutalara münasibətdə real effektiv məzənnəsi (REM) son bir ildə artıb.
Yeniavaz.com
Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən xəbər verir ki, 2025-ci ilin sentyabrında manatın ümumi real effektiv məzənnəsi 115,1 olduğu halda, 2026-cı ilin sentyabrında 116,9-a yüksəlib.
Bu, 1,8 bənd artım deməkdir. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə isə eyni dövrdə 112,6-dan 112,4-ə düşüb. Başqa sözlə, bu göstərici 0,2 bənd azalıb.
Qeyd edək ki, real effektiv məzənnənin yüksəlməsi manatın ticarət tərəfdaşlarımızın valyutalarına nisbətdə real ifadədə “artması” deməkdir.
Lakin, real effektiv məzənnənin qeyri-neft sektoru üzrə 0,2 faiz bəndi geriləməsi Azərbaycanın ixrac imkanlarını artırsa da, idxal inflyasiyasının yüksəlməsinə səbəb olur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top