Gürcüstan Aİ ilə vizasız rejimə bir addım da yaxınlaşdı

Avropa Parlamenti Gürcüstanla viza rejiminin ləğvini dəstəkləyib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bundan başqa, Avropa Parlamenti Avropa İttifaqının üçüncü ölkələrlə vizasız rejimin dondurulması mexanizminin işə salınmasına da dəstək verib. Bu mexanizmin martda işə salınacağı gözlənilir. Brüsseldə keçirilən sessiyada avropalı deputatların əksəriyyəti bu qərarların lehinə səs veriblər. Bundan sonra Avropa İttifaqı Şurası Gürcüstan üçün viza rejiminin ləğvini qəbul etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top