
Bakı Mühəndislik Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Auto Azərbaycan” MMC (VÖEN – 1500040601) olub.
Qeyd olunur ki, Bakı Mühəndislik Universiteti “Auto Azərbaycan” MMC-dən 64 min 600 manata, 2026-cı il istehsalı olan (mühərrik həcmi 1,8 litr) bir ədəd benzin-elektrik hibrid sistemə malik avtomobil alacaq.
Məlumat üçün bildirək ki, “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” MMC 9 iyul 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 17 milyon 352 min 742 ABŞ dolları olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov prospekti, ev 118-də yerləşir.
MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur. “Auto Azərbaycan” MMC, Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupuna daxildir.
“NAB Holdinq” şirkətlər qrupuna “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company” və “Auto Azərbaycan” kimi şirkətlər daxildir. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər fəaliyyətlərini davam etdirirlər.
Onu da bildirək ki, Bakı Mühəndislik Universiteti ötən il “Auto Azərbaycan” MMC-dən 145 nmin manata bir ədəd avtobus və 84 min 900 manata bir ədəd sedan tipli avtomobil alıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz