
Bu gün səhər saat 04:00 radələrində, paytaxtın Nərimanov rayonu ərazisində, Aqşin Mirzəbəylinin idarə etdiyi “Toyota” markalı avtomobillə skuter sürən Abdulla Əliyev vurulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, svetoforla nizamlanan piyada keçidində kobud qayda pozuntularının müşayəti ilə baş verən qəzada 23 yaşlı A.Əliyev hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz