“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi


“Qızıl top” (“Ballon d'Or”) mükafatının rəsmi saytı səhvən 2026-cı ilin qalibinin yer aldığı bir paylaşım yerləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məşhur insayder və jurnalist Ben Ceykobs “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Sayt eyni vaxtda üç “qalib” haqqında xəbərlər yayıb: Harri Keyn (“Bavariya”), Lamin Yamal (“Barselona”) və Kilian Mbappe (“Real”).
Sözügedən paylaşımların tezliklə silinməsinə baxmayaraq, hadisə sosial şəbəkələrdə böyük əks-sədaya səbəb olub.
Qeyd edək ki, 70 illik yubiley mərasimi oktyabrın 26-da Londonda, Palladium Teatrında keçiriləcək və bu, ilk dəfə Fransadan kənarda keçiriləcək tədbir olacaq. Məkan kimi İngiltərə paytaxtının seçilməsi “Qızıl top”un ilk qalibinin 1956-cı ildə mükafatı qazanan ingilis futbolçu Stenli Mettyusun olması ilə bağlıdır. Mərasimin əsas hissəsi Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top