“Bugs Bunny”ni səsləndirən aktyor vəfat etdi


Daha çox “Looney Tunes” serialındakı “Bugs Bunny” personajını səsləndirilməsi ilə tanınan kanadalı-amerikalı səs aktyoru Erik Bauza 46 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, ailəsi ölüm xəbərini onun “İnstaqram” səhifəsində dərc edib.
Ailəsi Erik Bauzanın qəfil öldüyünü bildirib, lakin ölüm səbəbini açıqlamayıb.
“Variety” jurnalı isə məhkəmə-tibbi ekspertizasının məlumatlarına istinadla onun 25 oktyabr bazar günü evdə hipertoniyadan öldüyünü bildirib.
Qeyd edək ki, Erik Bauza 7 dekabr 1979-cu ildə Torontoda anadan olub və sonuncu dəfə Los-Ancelesdə yaşayıb.
Məşhur “Merrie Melodies” cizgi serialında o, təkcə “Bugs Bunny”ni deyil, həm də “Daffy Duck”ı səsləndirib.
Aktyor həmçinin “Rick and Morty”dən Qlenn və Sisko, “Ren & Stimpy's Adult Swing”dən Stimpi və “The Adventures of Puss in Boots”dan çəkməli pişik də daxil olmaqla, onlarla sevimli cizgi film personajını səsləndirib.
Aktyor həmçinin “Looney Tunes”dəki işinə görə üç dəfə uşaq və ailə “Emmi” mükafatını qazanıb. 2022-ci ildə isə o, “Enni” mükafatını alıb.
O, 25 illik karyerası ərzində 400-dən çox layihədə iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top