
“SpaceX” qrafik prosessorlar (GPU) almaq üçün on milyardlarla dollar vəsait cəlb edib.
Yeniavaz.com “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkətin baş direktoru, amerikalı sahibkar İlon Mask “X” sosial media platformasında məlumat verib.
O, “SpaceX”in qrafik prosessorları əldə etmək üçün 40 milyard dollar vəsait cəlb etdiyini bildirib.
“Bloomberg” agentliyinin məlumatına görə, “SpaceX” vəsaiti əldə etmək üçün “Apollo Global Management” investisiya şirkəti ilə müqavilə bağlayıb.
Vəsaitlər “Nvidia” qrafik prosessorlarının alınması üçün nəzərdə tutulub.
Məlumata görə, müqavilənin 2026-cı ilin sonuna qədər bağlanması gözlənilir.
Qeyd edək ki, oktyabrın 23-də “Bloomberg” agentliyi “SpaceX”in ABŞ-də ən azı 80 000 mobil rabitə qurğusuna çıxış əldə etmək üçün danışıqlar apardığını bildirib. Agentliyin məlumatına görə, şirkət artıq bu infrastrukturdan istifadə imkanlarını əsas bazar oyunçuları ilə müzakirə edir.
Tətbiqimizi yükləyə bilərsiniz