
Tehranda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmiləri arasında görüş keçirilib.
Yeniavaz.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, görüşdə yekun bəyanat qəbul edilib.
Bəyanatda tərəflər sülh və təhlükəsizlik də daxil olmaqla, dörd regional ölkə arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
İclasa İranı Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai təmsil edib.
Tədbirdə həmçinin Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Səlman, Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz