
İsrail 27 oktyabra təyin olunmuş parlament seçkilərinə qədər İrana hücum etməyi planlaşdırmır.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats “X” sosial şəbəkə səhifəsində bildirib.
“Birmənalı şəkildə bildirirəm ki, İsrailin seçkilərə qədər İrana hücum etmək niyyəti yoxdur. Bu məsələ ilə bağlı bütün məlumatlar tamamilə yalandır”, - İsrail müdafiə naziri qeyd edib.
Eyni zamanda, o qeyd edib ki, İran hücum edəcəyi təqdirdə İsrail böyük qüvvə ilə cavab verəcək.
O, həmçinin, İran məsələsində İsrail siyasi rəhbərliyi ilə İsrail Müdafiə Qüvvələri (İDF) arasında fikir ayrılıqları barədə yayılan məlumatların tamamilə yalan olduğunu bildirib.
Qeyd edək ki, İsraildə parlament seçkiləri 27 oktyabrda keçiriləcək. Nəticələr yeni Knesseti (parlamenti) müəyyən edəcək. Bundan sonra ən çox yer qazanan partiyanın liderinə yeni hökumət qurmaq tapşırılacaq.
Son sorğulara görə, Benyamin Netanyahunun “Likud” Partiyasının rəhbərlik etdiyi hazırkı hakim koalisiya və müxalifət arasında heç bir fərq yoxdur. Lakin heç bir tərəf hökumət koalisiyası yaratmaq üçün lazım olan çoxluğu - Knessetdəki 120 yerdən 61-ni əldə edə bilmir.
Tətbiqimizi yükləyə bilərsiniz