“Ermənistana yeni müxalifət lazımdır” – Paşinyan

 
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın yeni, dövlətyönümlü müxalifətə ehtiyacı olduğunu bildirib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o bu barədə Ermənistanın bir neçə icmasında keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edərkən qeyd edib. 
Paşinyan “Mülki Müqavilə” Partiyasının bir sıra icmalarda aldığı 80-90%-lik səslərdən məmnun olmadığını bildirib.
“İlk baxışdan nə qədər xoş görünsə də, bu faizlər müəyyən assosiasiyalar yaradır. Bu gün yeni problemlər ortaya çıxıb. Birincisi, necə etmək olar ki, seçki nəticələri avtoritarizm və diktatura təəssüratı yaratmasın. İkincisi, necə etmək olar ki, ictimai nəzarətin obyektiv mexanizminin fəaliyyəti təmin olunsun. Üçüncüsü, necə etmək olar ki, Ermənistanda yalnız seçiciləri və vətəndaşları tərəfindən idarə olunan dövlətyönümlü, intellektual, obyektiv və dürüst müxalifət formalaşsın. Bunlar bizim üzərində düşünməli olduğumuz məsələlərdir”, - o bildirib. 
Qeyd edək ki, dünən Ermənistanın 21 icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top