Britaniyada yəhudilərə qarşı cinayətlərin sayı artıb

Böyük Britaniyanın “Community Security Trust” (CST) xeyriyyə təşkilatının məlumatına görə, 2016-cı ildə ölkədə antisemitizm zəminində rekord sayda cinayət törədilib. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, CST-nın illik məruzəsində qeyd edilir ki, 2016-cı ildə yəhudilərə qarşı nifrət zəminində 1309 cinayət və qanun pozuntusu qeydə alınıb. Hərçənd 2015-ci ildə bu göstərici 960 hal olub. Bununla da müvafiq göstərici 36 faiz artıb. 1309 cinayətdən 107-si zorakılığın tətbiq edilməsi ilə bağlıdır. Antisemitizm zəminindəki cinayətlərin çoxu London və Mançester şəhərlərində baş verib.

DİGƏR XƏBƏRLƏR

Top