Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi – Fotolar


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açılıb, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulanıb. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulanıb.
Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.




DİGƏR XƏBƏRLƏR

Top