
Masallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Teymur Yəhyayev dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb.
Bildirilib ki, 71 yaşlı sabiq icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.
Məlumata görə, Teymur Yəhyayev bir müddət əvvəl açıq ürək əməliyyatı keçirib, lakin əməliyyatdan sonra komadan ayılmayıb.
Qeyd olunub ki, mərhum sabah Masallı rayonunun Ərkivan qəsəbəsində torpağa tapşırılacaq.
Qeyd edək ki, T. Yəhyayaev 1991-1992 və 1993-2000-ci illərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.
Tətbiqimizi yükləyə bilərsiniz