
Bu ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 48 milyon 658,7 min dollar dəyərində 33 min 555,86 ton palma yağı və onların bərk fraksiyaları idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan palma yağının 1 kiloqramının orta gömrük dəyəri 2 manat 47 qəpik (1,45 dollar) olub.
Azərbaycan palma yağını aşağıdakı ölkələrdən idxal edib:
İndoneziya – 20 879,34 ton (1 kiloqramının gömrük dəyəri 2,24 manat);
İspaniya – 10 296,44 ton (2,97 manat);
Malayziya – 1 970,56 ton (2,16 manat);
Türkiyə – 308,73 ton (2,90 manat);
Rusiya – 98,62 ton (2,67 manat);
Filippin – 2,17 ton (11,5 manat).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz