Piyadaların məsuliyyətsizliyi faciələrə səbəb oldu – Video


Ötən həftəsonu Tovuzun Əyyublu kənd sakini Ə.Məmmədov, saat 21:00 radələrində idarə etdiyi “VAZ” markalı avtomobillə Bakı-Qazax yolunun 423-cü kilometrində hərəkətdə olarkən yolu keçməyə çalışan həmkəndlisi A.Əsgərovu vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, həmin yolun Goran qəsəbəsindən keçən 312-ci kilometrində, yənə də sutkanın qaranlıq vaxtı - saat 19:00 radələrində Y.Hüseynovun idarə etdiyi  “Changan” markalı avtomobil Goranboy rayonunun Qarasüleymanlı kənd sakini E.Yusifovu vurub.
“Hərəkət intensivliyi yüksək olan avtomagistralı qanunla nəzərdə tutulmayan yerdən keçməyə çalışan hər iki piyada aldıqları xəsarətlərdən həyatlarını itirib.
Faktlarla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top