Sığorta yığımlarının 70%-dən çoxu bir şirkətin payına düşüb


Bu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 1 milyard 248,5 milyon manat məbləğində sığorta haqqı yığılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yığılan sığorta haqqının ən böyük hissəsi “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin payına düşüb.
Bu şirkətlər birlikdə təxminən 877,3 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümum sığorta yığmlarının 70,3%-nə bərabər olub.
Sığorta bazarında növbəti ən böyük pay sahibi “Atəşgah Həyat” və “Atəşgah Sığorta” şirkətləri olub. Bu şirkətlər göstərilən dövr ərzində 152,8 milyon manat sığorta haqqı toplayıb.
Bu ilin yanvar-sentyabr aylarında sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları belə olub:
“Paşa Həyat Sığorta” – 568,4 milyon manat;
“Paşa Sığorta” – 308,9 milyon manat;
“Atəşgah Həyat” – 83,6 milyon manat;
“Atəşgah Sığorta” – 69,2 milyon manat;
“Qala Sığorta” – 52,6 milyon manat;
“Meqa Sığorta” – 27,3 milyon manat;
“Azərbaycan Sənaye Sığorta” – 19,8 milyon manat;
“Meqa Həyat Sığorta” – 22,8 milyon manat
“Xalq Sığorta” – 22,1 milyon manat;
“Qala Həyat Sığorta” – 20,1 milyon manat;
“Aqrar Sığorta” – 20,5 milyon manat;
“Xalq Həyat Sığorta” – 9,7 milyon manat;
“A-Qroup Sığorta” – 11,2 milyon manat;
“İpək Yolu Sığorta” – 6,6 milyon manat;
“AzSığorta” – 5,9 milyon manat.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top