Mir Şahin Ağayev: "Sözüm ANS-in ünvanina ağzına və ağlına gələni yazan kəslərədi"

"Hörmətli, hörmətsiz, təcrübəli, təcrübəsiz sayt sahibləri, tanıdığım və tanımadığım qələm ve klaviatura adamları! Mənim statusum ANS-in ünvanına cürbəcür kinli küdurətli şərhlər yazan kəmfürsətlərə idi. Ondan xəbər düzəldirsinizsə səbəbi də deyin". Bunu ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev sosial şəbəkədəki fan səhifəsində yazıb. "Yeniavaz.com" xəbər verir ki, M.Ağayev "Mir Şahin - FAN KLUB" səhifəsində bundan əvvəl yazdığı statusunun ANS haqqında ağzına və ağlına gələni yazan kəslərə ünvanladığını bildirib: "Bir də takrar edirəm, ANS-in ünvanına sosial şəbəkədə ağzına və ağlına gələni yazan kəslərədi sözüm! Bu xüsusi bir bəyanat filan deyil, sərt açıqlama deyil. Bu "Facebook" istifadəçisinin şəbəkedə üfunət yayanlara normal reaksiyasıdır!"

Qeyd edək ki, Mirşahin Ağayev dünən yuxarıda adıçəkilən səhifədə ANS haqqında mənfi fikirlər yazanlara sərt reaksiya bildirib. Həmin statusu sizə təqdim edirik:

"Axşamınız xeyir, Əzizlərim.! ANS yenə də göstərir. Dostları və düşmənləri! Hamının iç üzünü. Dostlardan danışmayacağam, amma nə qədər qarğa-quzğun var imiş, ilahi! Heç demə bizim gözlərimizmiş onları göyərçin gözündə görən! Yəni ANS-i qaralayan bu bədbəxtlər doğrudan inanırlar ki, vəssalam))))?! Bitdi?! Ayy, ayy, ayy! Tələsmək lazım deyil. ANS elə dəyərdir ki, zaman keçdikcə müqəddəsləşəcək. Abu Lahab olmayın. Bəzən başa atılan çirkablar düşdüyü başı sonradan and yerinə çevirir. Başı batırmayın, çünki sonra bu başı elə özünüz öpüb, gözünüzün üstdə qoyacaqsınız!”.

DİGƏR XƏBƏRLƏR

Top