Oktay Saraldan istefası ilə bağlı açıqlama


Oktay Saral Türkiyə Prezidentinin Baş müşaviri vəzifəsindən istefa verməsi barədə açıqlama yayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, 2016-cı ildən bəri icra etdiyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsindən istefa ərizəsini bu gün təqdim edib.
“Vəzifələr gəlib gedər, titullar isə dəyişər. Əsas məsələ insanın hansı vəzifədə oturması deyil, hansı dəyərlərin arxasında dayanmasıdır. Bizim üçün əsas olan vəzifələr deyil, illərdir eyni istiqamətdə irəlilədiyimiz amalımız və cənab Prezidentlə çiyin-çiyinə apardığımız mübarizədir.
Bu qərarım inandığım dəyərlərdən və xalqımıza xidmət etmək əzmimdən geri çəkilməyim demək deyil. Dünən olduğu kimi bu gün də, sabah da cənab Prezidentin yanında eyni inam və qətiyyətlə yoluma davam edəcəyəm.
Uca Allah bizi vəzifələrin kölgəsində güc axtaranlardan deyil, həqiqətin işığında dik dayananlardan etsin. Nəyin bahasına olursa-olsun, inandığı dəyərləri müdafiə edənlərdən olmağı nəsib etsin”, - Saral bildirib.
Xatırladaq ki, ötən gün jurnalist Talat Atillanın Azərbaycanla bağlı açıqlamalarına görə vəzifədən ayrılıb-ayrılmadığı barədə sualına Saral “Bəli, elə görünür”, – deyə cavab vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top