
ABŞ Prezidenti Donald Trampın administrasiyası Macarıstanın keçmiş baş naziri Viktor Orbanın BMT-nin baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” üç ölkədən olan mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ tərəfi Orbanı bu vəzifə uğrunda mübarizəyə qoşulmağa çağırıb və ona namizədliyi ilə bağlı ilkin təklif də təqdim edib.
Lakin planla bağlı hələ yekun qərar verilməyib.
Qəzet yazır ki, Rusiya və Çin də Orbanın namizədliyini dəstəkləyə bilər. Vaşinqton isə onun namizədliyinin birgə irəli sürüləcəyinə ümid edir.
Mənbələrin sözlərinə görə, ABŞ, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında müzakirə olunan hər hansı məsələ ilə bağlı ortaq mövqeyə gəldikdə, adətən istədikləri nəticəyə nail ola bilirlər.
Tətbiqimizi yükləyə bilərsiniz