
"Google" dünyanın ən bahalı brendi hesab olunur. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat dünyanın tanınmış brend dəyərləndirmə və məsləhət şirkətlərindən olan "Brand Finance" tərəfindən aparılan araşdırmada yer alıb. "Brand Finance"nin açıqladığı "Global-500" adlı hesabata görə, "Google" brendinin dəyəri 109,47 milyard dollara bərabərdir. Son bir ildə "Google"nin dəyəri 24% artaraq 2-ci sıradan 1-ci sıraya yüksəlib.
Bir il əvvəl dünyanın ən dəyərli brendi hesab olunan "Apple"nin qiyməti 27% ucuzlaşaraq 107,14 milyard dollara enib. Dünyanın ən dəyərli 500 brendinin sıralandığı siyahıda 3-cü sırada "Amazon.com" yer alıb. Bu brendin dəyəri son bir ildə 53% artaraq 106,39 milyard dollara yüksəlib. Ancaq buna baxmayaraq "Amazon.com"un sıralamadakı yeri dəyişməyib. Bunlardan başqa ilk beşliyə "AT&T" (87 milyard dollar) və "Microsoft"(76,2 milyard dollar) brendləri daxil olub. "Facebook" brendi son bir ildə mövqeyini 8 pillə yaxşılaşdıraraq 17-ci sıradan 9-cu sıraya yüksəlib. "Facebook" brendinin dəyəri isə 34 milyarddan 61,9 milyard dollara qalxıb.
Ümumiyyətlə "Global-500" adlı hesabatda yer alan şirkətlərin ilk 10-luğunda 8 ABŞ şirkəti qərarlaşıb. 6-cı sırada Cənubi Koreyaya məxsus "Samsung Group" brendi, 10-cu sıraya isə Çinə məxsus "ICBC" brendi daxil olub. Bundan başqa ilk 10-luqda yer alan şirkətlərin 8-si İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) , 1-i bank, 1-i isə satış sektorunda fəaliyyət göstərir.
"Global-500" hesabatında ilk 100-lükdə yer alan şirkətlərin siyahısı belə olub:


Tətbiqimizi yükləyə bilərsiniz