
İspaniya çempionatının 10-cu turunda çempion “Barselona” ikinci yeri tutan “Real Madrid”i qəbul edib.
Yeniavaz.com xəbər verir ki, “El-Klasiko” qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 41-ci dəqiqədə “Real Madrid”in fransız hücumçusu Kilian Mbappe açıb.
61-ci dəqiqədə Kataloniya komandasının braziliyalı hücumçusu Rafinya bərabərliyi bərpa edib.
“Real”ın qələbə qolunu da 87-ci dəqiqədə Kilian Mbappe vurub.
Bununla da “Barselona” Laliqadakı cari mövsümdə ilk məğlubiyyətini alıb. Onlar hazırda 27 xalla turnir cədvəlinə başçılıq edirlər. “Real Madrid” isə 24 xalla üçüncü yerdədir. İkinci yerdə qərarlaşan “Atletiko Madrid”in isə 25 xalı var.
Tətbiqimizi yükləyə bilərsiniz