
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən ayrılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə hakimiyyətə yaxınlığı ilə tanınan jurnalist Fuat Uğur sosial şəbəkə hesabında bildirib.
O, qərarın Ərdoğanın göstərişi ilə verildiyini təsdiqləyib. Saralın Azərbaycanla bağlı açıqlamalarına görə vəzifədən uzaqlaşdırıldığı ehtimal olunur.
Məlumata görə, Jurnalist Talat Atilla da Saralla telefon danışığını paylaşaraq onun vəzifədən ayrıldığını təsdiqləyib.
Atillanın “Vəzifədən azad edildinizmi?” sualına Saral belə cavab verib: “Bəli. Biz vəzifələrdən asılı deyilik. Cənab Prezident bizi bu vəzifəyə gətirib, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”.
Saralın Azərbaycanla bağlı açıqlamalarına görə vəzifədən ayrılıb-ayrılmadığı barədə suala isə “Bəli, elə görünür”, – deyə cavab verdiyi bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz