Eldəniz Əzizli beşqat dünya çempionu oldu


Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Yeniavaz.com
xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada iranlı Payam Əhmədi ilə üz-üzə gəlib.
Rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qızıl medal qazanıb. Bununla da, Eldəniz Əzizli beşqat dünya çempionu olub. Belə ki, o, daha əvvəl 2018, 2022, 2023 və 2024-cü illərdə dünya çempionu olub.
Eldəniz Əzizli, həmçinin dünya çempionatlarında ən çox qızıl medal əldə edən Azərbaycan güləşçisi kimi rekordunu yeniləyib.

DİGƏR XƏBƏRLƏR

Top